Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzi ötən ay 14 mindən çox vətəndaşın müraciətini cavablandırıb

A- A A+

Sentyabr ayında Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzinə məhkəmə qərarlarının icrası, məhkəmə ekspertizası, bələdiyyələrin fəaliyyəti, notariat, qeydiyyat, penitensiar, probasiya və digər aidiyyəti sahələr üzrə daxil olan 14 min 251 müraciətdən 13 min 920-si cavablandırılıb. Vətəndaşlara göstərilən xidmət səviyyəsi (daxil olan zənglərin 30 saniyə ərzində cavablandırmaya qəbul faizi) 90 faiz təşkil edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Çağrı Mərkəzində müraciətlərin birbaşa cavablandırılması ilə yanaşı ən son innovativ həlləri əks etdirən proqram təminatı vasitəsilə interaktiv səsli menyu, “geriyə zəng” və “zəng sifarişi” xidmətləri vasitəsilə ay ərzində 331 “itirilmiş zəng”lə əks əlaqə yaradılıb və qeyri-iş günlərində müraciət edən 358 vətəndaşın suallarının cavablandırılması təmin edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: