Ahıllar Evində bayram tədbiri olub - FOTOLAR

A- A A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Şahbuz şəhərində yerləşən Ahıllar evində Novruz bayramı qeyd edilib. Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova iştirakçıları xalqımızın müqəddəs Novruz bayramı münasibətilə təbrik ediblər.

Qeyd olunub ki, muxtar respublikada xususi qayğıya ehtiyacı olan şəxslərin, o cümlədən ahılların  və sağlamlıq imkanları  məhdud şəxslərin  sosial müdafiəsinin güclənməsi, cəmiyyətə inteqrasiyası ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan  şəxslərə  müxtəlif növ sosial xidmətlər göstərilir. Təhna ahıl və məhdud fiziki imkanlı şəxslər  mütəmadi olaraq evlərində ziyarət edilir, onlar arasında  yaradıcılıq müsabiqələrinin, əl işlərindən ibarət sərgilərin, bayram və əlamətdar günlərdə  görüşlərin keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Daha sonra tədbirin bədii hissəsi olub. Şahbuz rayonunun “Batabat” İnstrumental Ansamlının üzvləri maraqlı repertuarla çıxış ediblər.

Sonda ahıllar evinin sakinlərinə bayram hədiyyələri verilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: