Maarifləndirici seminarlar davam edir - FOTOLAR

A- A A+

Əməyin mühafizəsi qaydalarına riayət olunmasına dair maarifləndirici seminarlar davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə növbəti seminar “Gəmiqaya şirkəti” MMC tərəfindən tikintisi həyata keçirilən İstirahət Mərkəzinin və Qala-Məscid kompleksinin iş sahəsində keçirilib.

Seminarda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və  Naxçıvan Muxtar Respublika Prokurorluğunun əməkdaşları  tərəfindən “Gəmiqaya şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçi kollektivi ilə görüş olub. Əməkdaşlarla iş prosesində əməyin mühafizəsi qaydalarına riayət edilməsi, işin xarakterinə uyğun fərdi və kollektiv mühafizə vasitələrindən istifadə edilməsi, əməyin mühafizəsi üzrə işçilərin vəzifələri, həmçinin əməyin mühafizəsi qaydalarının pozulmasına görə məsuliyyətlər mövzularında izahedici söhbətlər aparılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran  suallar  cavablandırılıb, müvafiq tövsiyələr verilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: