Pərviz Şahbazov Naxçıvanda vətəndaşları qəbul edib - FOTOLAR

A- A A+

Energetika naziri Pərviz Şahbazov Naxçıvanda vətəndaşları qəbul edib.

NUHÇIXAN xəbər verir ki, energetika naziri Pərviz Şahbazov "Naxçıvan Enerji" MMC-nin inzibati binasında vətəndaş qəbulu keçirib.

Qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, şəbəkəyə qoşulma, transformator və elektrik dirəklərinin yerinin dəyişdirilməsi, qeyri-yaşayış sahəsinin enerji təchizatı, mühafizə zonası, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud normativ-hüquqi aktlara uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Şahbuz və Şərur rayonlarından olan 11 vətəndaş iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: