“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilir.
NUHÇIXAN xəbər verir ki, bu məsələ Milli Məclisin oktyabrın 10-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Qeyd olunub ki, qanunda yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adı dəyişdirilərək uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar kimi müəyyən edilib. Layihədə bu dəyişikliklərin digər qanunlarda da təsbiti təklif olunub.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq təsdiq edilib.