Vəkillər Kollegiyasının fəaliyyətinin əsaslar təkmilləşdirilir

A- A A+

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

NUHÇIXAN xəbər verir ki, qanun layihəsi parlamentin oktyabrın 10-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Layihə Vəkillər Kollegiyasının fəaliyyətinin əsaslarını təkmilləşdirmək məqsədilə hazırlanıb.

Qanun layihəsinə təklif edilən dəyişikliyə əsasən, vəkillərin işdə iştirak edən şəxs olduqda (mülki prosesdə) kassasiya instansiyasında özlərini təmsil etməsi və Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan şübhəli və ya təqsirləndirilən şəxs qismində çıxış etdikdə müdafiəçinin təmin edilməsindən imtina etmək və öz-özünü təmsil etmək hüququnun müəyyən edilməsi nəzərdə tutulur.

Həmçinin vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydalarına dair müddəalar dəqiqləşdirilir.

Vəkillər Kollegiyasının orqanlarının fəaliyyətinin dairəsinə vəkillərin İntizam Komissiyası və Vəkillərin İxtisas komissiyası əlavə edilməklə onların hüquq və vəzifələri müəyyən edilir.

Eyni zamanda, iki dəfədən artıq təkrarən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilə bilmək məhdudiyyəti götürülür, vəkillər barəsində tətbiq edilən intizam tənbehləri dəqiqləşdirilir.

Vəkillər Kollegiyası üzvlərinin “ümumi yığıncağı” (konfransı), vəkil sorğusu, vəkilin xidməti vəsiqəsi və digər məsələlərə dair müddəalar təkmilləşdirilərək yeni redaksiyada təqdim olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: