BDYPİ: Sürət həddinə, manevretmə qaydalarına əməl etmək hər bir sürücünün vəzifəsidir

A- A A+

Sürət həddinə, manevretmə qaydalarına əməl etmək hər bir sürücünün vəzifəsidir. İnsan müqəddəratını həll edən bu qaydalara etinasız yanaşmanın aqibəti isə hər kəsə məlumdur. Lakin təəssüf ki, intizamsızlıq, məsuliyyətsizlik, yaxud səbirsizlik səbəbindən hələ də bu kimi qayda pozuntularının və onların acı nəticələrinin şahidi oluruq.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən NUHÇIXAN-a verilən məlumatda qeyd edilib.

İdarə qanunvericiliyin tələblərini dair xatırladaraq bildirib:“Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan əvvəl müvafiq istiqamətə dönmək üçün xarici işıq siqanallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Dəyərli sürücülər, özümüzün və başqalarının həyatına biganə qalmayaq!”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: