Naxçıvanda minik avtomobili yanıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Naxçıvan şəhərində "Mersedes-benz" markalı minik avtomobilində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən NUHÇIXAN-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğından mühafizə bölmələri yanğını söndürüblər.

Hadisə nəticəsində avtomobilin baqaj hissəsi yanıb, digər hissələri yanğından mühafizə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: