Vətənin azadlığı uğrunda canından keçən igidlər – Əli Rzayev və Şakir Cəfərovun xatirəsi ehtiramla anılır

A- A A+

Azərbaycanın azadlığı və torpaqlarının bütövlüyü uğrunda canından keçən şəhidlərimizin hər biri Vətən tarixinin ən şanlı səhifələrini öz qanları ilə yazıblar. Əli İman oğlu Rzayev və Şakir Səttar oğlu Cəfərov da bu müqəddəs amal uğrunda döyüşərək şəhid olmuş igidlərdəndir.

Əli İman oğlu Rzayev 11 oktyabr 1953-cü ildə Naxçıvanda dünyaya göz açıb. O, həyatını xalqına və torpağına xidmətə həsr edib. 1990-cı illərin əvvəllərində ölkəmizin ağır sınaqlardan keçdiyi dövrdə Əli Rzayev müdafiə dəstələrinə qoşulub, döyüşlərdə iştirak edib. Sədərək istiqamətində gedən ağır döyüşlərdə igidlik göstərib və 1992-ci il avqustun 3-də qəhrəmancasına şəhid olub. Naxçıvan şəhəri, Əliabad qəsəbə qəbiristanlığında dəfn edilib.

Şakir Səttar oğlu Cəfərov isə 11 oktyabr 1971-ci ildə Sədərək rayonunda anadan olub. 1992-ci ilin yazında Ermənistan ordusunun Sədərək istiqamətində başladığı hücumlara qarşı döyüşlərdə ön cəbhədə vuruşub. 18 may 1992-ci ildə döyüş zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şakir Cəfərov Şərur rayonunun Şəhidlər xiyabanında dəfn olunub.

Gənc igid cəmi 21 il ömür sürsə də, qısa həyatına böyük bir qəhrəmanlıq salnaməsi sığdırmağı bacarıb. Azərbaycan xalqı hər zaman belə oğulları ilə qürur duyacaq, onların müqəddəs xatirəsini ehtiramla yad edəcəkdir.

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: