Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin mart ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasında pedaqoji fəaliyyətlə məşğul olmağa yol verilməyən xəstəliklərin Siyahısı” təsdiq edilib və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 yanvar tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilib.
Bundan başqa, Nazirlər Kabinetinin 2019-cu il 11 mart tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasının inzibati ərazilərində icbari tibbi sığorta zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri” eləcə də “Naxçıvan şəhər Ticarət və Xidmət Departamenti” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq olunub.
Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.