Naxçıvan şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NUHÇIXAN xəbər verir ki, hadisə şəhərin Afiyəddin Cəlilov küçəsi ilə Mustafa Kamal Atatürk küçəsinin kəsişdiyi yerdə qeydə alınıb.
Belə ki, 77 AL 903 dövlət qeydiyyat nişanlı "Chevrolet Cruze" markalı avtomobillə 75 TA 427 dövlət qeydiyyat nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub.
Qəzada 2 nəfər - ana və övladı xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.