Bu ilin 9 ayında pensiya ödənişlərinə yönəldilən vəsaitin miqdarı açıqlanıb

A- A A+

Bu ilin yanvar-sentyabr aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (467 milyon manat) çox olmaqla 5 milyard 326 milyon manat vəsait yönəldilib.

Bu barədə NUHÇIXAN-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, 2025-ci ilin əvvəlindən bütün növ pensiyaların 8,1 faiz indeksləşdirilərək artırılması, fevralın 1-dən minimum pensiyanın 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılması təmin edilib.

Yanvar-sentyabr aylarında 33 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 171 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: