Naxçıvan məktəbliləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında paytaxt Bakıya maarifləndirici tur-aksiyası davam edir. Tur-aksiyada Naxçıvan Muxtar Respublikasının 1 şəhər və 7 rayonunun orta ümumtəhsil məktəblərindən 160 şagird, 20 müəllim iştirak edir.

NUHÇIXAN xəbər verir ki, tur-aksiya çərçivəsində iştirakçılar martın 16-da Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Sonra tur-aksiya iştirakçıları Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: