Səlahiyyətli nümayəndə xalq artisti Mənsum İbrahimovu yubileyi münasibətilə qəbul edib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli xanəndə, xalq artisti, Prezident mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının professoru, Konservatoriyanın Muğam kafedrasının müdiri “Şöhrət” və “Şərəf” ordenli Mənsum İbrahimovla görüşüb.

Səlahiyyətli nümayəndə görkəmli muğam ifaçısını yubileyi münasibətilə təbrik edib, Azərbaycan milli musiqisinin inkişafında və gənc xanəndələrin yetişdirilməsindəki xidmətlərini yüksək qiymətləndirib. Fuad Nəcəfli ustad sənətkarın Naxçıvan Dövlət Universiteti ilə səmərəli əməkdaşlığına da diqqət çəkərək sənətkara fəaliyyətində və gələcək həyatında uğurlar arzulayıb.

Xalq artisti, professor Mənsum İbrahimov səmimi qəbula və sənətinə verilən dəyərə görə təşəkkür edib, Naxçıvanda milli mədəniyyətimizin, musiqi sənətimizin qorunub yaşadılmasına xüsusi diqqətlə yanaşıldığını məmnunluqla ifadə edib.

Səlahiyyətli nümayəndə yubilyara Naxçıvan xalçası hədiyyə edib.

Sonda xatirə fotoları çəkdirib.

Görüşdə Azərbaycan Respublikasının Xalq artisti Elçin Həşimov, Azərbaycan Respublikasının Əməkdar artistləri Elnur Əhmədov, Nuriyyə Hüseynova, Təyyar Bayramov, Elnur Zeynalov, Muğam Televiziya müsabiqəsinin qalibi Güllü Muradova və həmin müsabiqənin laureatı Gülzar Fərəcova  da iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: