Muxtar respublika fermerləri ən yeni kənd təsərrüfatı texnikası ilə təmin edilir
NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən fəaliyyəti dövründə 2667 kənd təsərrüfatı texnikası alınıb. Həmin texnikaların 2086-sı lizinq yolu ilə torpaq mülkiyyətçilərinə, ailə təsərrüfatlarına və fermerlərə verilib.
2019-cu ildə tələbata uyğun olaraq 292 texnika və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib. Alınan texnikalardan 10-u kombayn, 66-sı traktor, 54-ü kotan, 12-si çiləyici, 15-i rotorlu otbiçən, 13-ü dırmıq, 13-ü gübrəsəpən, 20-si kanalaçan, 15-i qırxım aparatı, 5-i taxılsəpən, 1-i toxumtəmizləyən, 4-ü çizel, 4-ü dərmansəpən, 25-i qüvvəli yem maşını, 10-u otdoğrayan maşın, 2-si əl ilə yer şumlayandır. Həmçinin alınmış avadanlıqlar içərisində 17 dəst çiləmə suvarma sistemi də vardır.
Muxtar respublikaya gətirilən yeni texnika və texnoloji avadanlıqlar sahibkarlar tərəfindən lizinq yolu ilə güzəştli şərtlərlə alınır.
Əbülfəz Dünyamalıyev