NUHÇIXAN xəbər verir ki, İranın Şərqi Azərbaycan Vilayətində fəaliyyət göstərən Təbriz Tibb Elmləri Universitetinin rektoru Məhəmmədhüseyn Sami Naxçıvan Muxtar Respublikası Xəstəxanasında olub.
Qonağa xəstəxanasının şöbə və bölmələri haqqında geniş məlumat verilib. Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov Təbriz Tibb Elmləri Universiteti ilə qarşılıqlı əlaqələri bütövlükdə hər iki ölkənin səhiyyə sistemi arasında münasibətlərin tərkib hissəsi kimi dəyərləndirib. Bildirib ki, bir il əvvəl Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna dair Fəaliyyət Proqramıimzalanıb. Bu bütövlükdə hər iki ölkə əhalisinin sağlamlığının qorunmasına xidmət edir. Nazir onu da vurğulayıb ki, birgə əməkdaşlığa uyğun olaraq ötən il muxtar respublikanın bir qrup həkimi Qərbi Azərbaycan vilayətinə, urmiyalı həkimlər isə Naxçıvana qarşılıqlı səfərlər ediblər.
Novruz Məmmədov