BDYPİ sürücülərə müraciət edib

A- A A+

Baş Dövlət Yol Polisi İdarəsi sükan arxasında telefondan istifadə ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə NUHÇIXAN-a BDYPİ-dən məlumat verilib.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, sükan arxasında mobil telefondan istifadə ən təhlükəli vərdişlərdən biridir. Bu, sadəcə qayda pozuntusu deyil, məsuliyyətsizlik və həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmaq deməkdir.

Mobil telefondan istifadə zamanı yaranan əsas təhlükələr:

Diqqətin yayınması: Telefona baxan sürücü yolda baş verənləri vaxtında görə bilmir, piyadaları və digər nəqliyyat vasitələrini nəzərdən qaçırır.

Reaksiyanın gecikməsi: Telefonla məşğul olan sürücünün reaksiyası 2–3 dəfə ləngiyir, bu isə qəfil əyləc və manevr imkanlarını azaldır.

Nəzarətin itməsi: Telefona diqqət yönəldən sürücü hərəkət zolağından çıxır, təhlükəli manevrlər edir və məsafəni düzgün dəyərləndirə bilmir.

Hörmətli sürücülər!

Unutmayın, heç bir zəng və ya mesaj insan həyatından daha önəmli ola bilməz. Sükan arxasında məsuliyyətli davranış təkcə sizi deyil, yolda olan hər bir şəxsi təhlükədən qoruyur", - müraciətdə qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: