Bənəniyar su anbarındakı balıqlar hövzənin daha dərin hissələrinə köçürülür - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası (MR) Culfa rayonundakı Bənəniyar su anbarında suyun səviyyəsi azalıb, balıqlar hövzənin daha dərin hissəsinə köçürülür.

NUHÇIXAN-ın məlumatına görə, Culfa rayonunun Bənəniyar su anbarında suyun səviyyəsinin azalması ilə əlaqədar məhv olma təhlükəsi ilə üzləşən balıqlar , Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi (FHN) və muxtar respublikanın Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən anbarın digər, daha dərin hissəsinə köçürülür.

Qeyd edilib ki, su anbarında balıqların tələf olması hövzədə suyun azalması və oksigen çatışmazlığı ilə bağlıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: