"Ölkəmizi tanıyaq" devizi altında təşkil edilən tur-aksiya çərçivəsində bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda , Qız qalasında, Şirvanşahlar Saray Kompleksində olduq. Kitablardan oxuduğumuz, şəkillərini gördüyümüz abidələri ziyarət etdik, onlar haqqında daha dərin məlumat topladıq.
Tur-aksiya bizə ölkəmizi, paytaxtımızı daha yaxşı tanımağa, tarixi abidələri yaxından görməyə imkan yaradıb. Biz məktəblilərə belə şəraiti yaratdığı üçün Prezident İlham Əliyevə öz minnətdarlığımızı bildiririk.
NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində tur-aksiyada iştirak edən Naxçıvan məktəblisi, 11-ci sinif şagirdi Fizzə İsmayılova deyib.
Naxçıvanlı şagird ilk təəssüratlarının xoş olduğunu, digər tarixi məkanları görmək üçün səbirsizləndiyini də qeyd edib.