Naxçıvanda bayram yarmarkasına start verilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvanda Novruzun gəlişi ilə əlaqədar bu gündən Naxçıvan şəhərindəki mərkəzi bazarda və rayon mərkəzlərində ilk yarmarka keçirilib və alıcı sıxlığı müşahidə edilib.
Yarmarkaya muxtar respublikanın bütün rayonlarını təmsil edən 262 ailə təsərrüfatından 168 adda məhsul çıxarılıb.
Yarmarkada səliqə-sahman, ailə təsərrüfatçılarına, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda bazarlığa gələn paytaxt sakinlərinə əlverişli şərait yaradılıb.
Yarmarkaya çıxarılan məhsullar bazar qiymətindən 15-20 faiz aşağı təklif olunub. Məsələn, kartofun 1 kiloqramının qiyməti 60-90 qəpik, pomidor və xiyarın qiyməti 1 manat 70 qəpik, meyvələrin qiyməti 1 manat 50 qəpik - 2 manat, pendirin qiyməti isə 3-5 manat arasında dəyişir. Digər məhsulların qiymətləri də alıcılar üçün sərfəlidir. Məhz buna görə də səhər saatlarından yarmarkada əhali sıxlığı müşahidə olunub. Saat 12:00-dək yarmarkada məhsulların 85 faizindən çoxu satılıb.
Qeyd edək ki, muxtar respublikanın rayonlarında da təşkil olunan bayram yarmarkaları martın 24-dək davam edəcək.
Xanım Rüstəmzadə