Naxçıvanda məhkumlara hüquqi və psixoloji yardım göstərilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə məhkum və həbs edilmiş şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi və maarifləndirmə tədbirləri çərçivəsində oktyabr ayının 17-də Qarışıq rejimli cəzaçəkmə müəssisəsində vəkillər tərəfindən qəbul keçirilib.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, qəbul zamanı ümumilikdə 20-yə yaxın azadlıqdan məhrum edilmiş şəxsə müxtəlif hüquqi məsələlərlə bağlı geniş izahatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.