NUHÇIXAN xəbər verir ki, hadisə Babək rayonunun Yuxarı Buzqov kəndində qeydə alınıb.
Belə ki, Payız kənd sakini, 1974-cü il təvəllüdlü Məmmədov Məzahir Tağı oğlu və onun övladı ayının hücumuna məruz qalıb.
Hadisə nəticəsində M.Məmmədov müxtəlif bədən xəsarətləri alıb.
O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.