Naxçıvanda “Təmiz hava” aylığına start verilir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi 2025-ci ilin oktyabr ayının 20-dən noyabr ayının 20-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Təmiz hava” aylığı keçirəcək.

Aksiyanın əsas məqsədi avtonəqliyyat vasitələri tərəfindən atmosferə atılan zərərli qazların miqdarını azaltmaq, ekoloji vəziyyətin yaxşılaşdırılmasına töhfə verməkdir.

Tədbir çərçivəsində nəqliyyat vasitələrinin texniki vəziyyəti, xüsusən də mühərrik və yanacaq sistemlərinin sazlığı yoxlanılacaq. Sürücülərə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə avtomobillərini texniki cəhətdən saz vəziyyətdə saxlamaq tövsiyə olunur.

Qeyd olunan tələblərə əməl etməyən, atmosferə normadan artıq zərərli maddələr buraxan avtomobillərin idarə olunmasına və istismarına yol verən şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: