Naxçıvanda yeni torpaq sahələri hərrac yolu ilə mülkiyyətə və icarəyə verilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Hərracların Təşkili Mərkəzi 3 yerli bələdiyyəyə məxsus torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı hərrac keçirib.

NUHÇIXAN xəbər verir ki, rəqabətli keçən hərracda qeydiyyatdan keçən 8 sifarişçi iştirak edib, onlardan 4-ü hərracın qalibi olub.

Nəticədə hərraca çıxarılan 2 torpaq sahəsi mülkiyyətə, 2 torpaq sahəsi isə icarəyə verilib.

Hərracların Təşkili Mərkəzi noyabrın 20-də torpaq sahələrinin, noyabrın 25-də isə nəqliyyat vasitələrinin özəlləşdirilməsi ilə bağlı hərraclar keçirəcək.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: