Bu il 1 tondan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

A- A A+

Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində cari ilin 9 ayı ərzində 72 fakt üzrə ümumilikdə 1 ton 3 kiloqram 375 qram narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.

Komitədən NUHÇIXAN-a bildirilib ki, aşkar edilən narkotiklər - 990 kiloqram 928 qramdan çox marixuana, 10 kiloqram 655 qram metamfetamin, 63,538 qram həşiş, 990,376 qram heroin, 206,75 qram tiryək, 363,321 qram metadon, 153,551 qram kokain, 8,108 qram kodein və digər maddələrdir.

Doqquz ay ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 35-i Azərbaycan vətəndaşı, 41-i isə əcnəbi olmaqla 76 nəfər barəsində müvafiq tədbir görülüb, 19 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa olunub.

Bu müddət ərzində, həmçinin gömrük orqanlarının əməkdaşları tərəfindən 53 fakt üzrə ümumilikdə 1,2 kiloqrama yaxın sibutramin tərkibli güclü təsiredici maddələr qanunsuz dövriyyədən çıxarılıb.

Narkotik vasitələr 28 halda Azərbaycana gətirilərkən, 48 halda tranzit keçirilərkən, 1 halda isə ölkə ərazisində reallaşdırılan əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunub.

Gömrük orqanları tərəfindən əvvəlki illərdə aşkar edilən 50 cinayət işi üzrə qanunsuz dövriyyədən götürülmüş, ümumilikdə 5 ton 280 kiloqramdan çox narkotik vasitə və psixotrop maddənin cari dövrdə məhv edilməsi həyata keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: