Bakılı məktəbli: Ümummilli liderimiz Heydər Əliyevin doğulub boya-başa çatdığı qədim Naxçıvanda olmaq məni çox sevindirdi

A- A A+

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində ümummilli liderimiz Heydər Əliyevin doğulub boya-başa çatdığı qədim Naxçıvan diyarında olmaq məni çox sevindirdi.

NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Səbail rayonundakı Həbib bəy Mahmudbəyov adına 2 saylı texniki-humanitar liseyin 9-cu sinif şagirdi Humay Ağayeva deyib.

“Naxçıvandakı muzeylər, tarixi abidələr və təhsil ocaqları ilə tanışlıq məndə və məktəbli yoldaşlarımda xoş təəssüratlar oyadıb”, – deyən Humay Ağayeva qeyd edib ki, ekskursiyalar zamanı məktəblilər çox dəyərli məlumatlar əldə ediblər.

Humay Ağayeva, həmçinin bildirib: “Naxçıvanın gözəlliyini, buradakı səliqə-sahmanı və insanların qonaqpərvərliyini gördükdən sonra, gələcəkdə də bu diyara məmnuniyyətlə bir daha səfər etmək fikrindəyəm. Məktəblilərə bu imkanı yaratdığı üçün təşkilatçılara minnətdarlığımı bildirirəm”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: