DİN: Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb

A- A A+

Oktyabrın 21-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə NUHÇIXAN-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Həmçinin bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 142 nəfər saxlanılıb. O cümlədən borclu şəxs qismində axtarışda olan 120, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 11 və dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 24,9 kiloqramdan artıq narkotik vasitə və 6 min 11 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 7 fakt müəyyən edilib. Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 qumbara, 1 alışdırıcı, 4 tüfəng, 1 patron darağı və 290 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər də saxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: