Naxçıvanda Dövlət Satınalmaları və Tender təliminin yeni mövsümünə start verildi - FOTOLAR

A- A A+

Naxçıvan Təlim Mərkəzi dövlət satınalmaları sahəsində bilik və bacarıqların artırılmasına yönəlmiş “Dövlət Satınalmaları və Tender Təlimi” proqramının yeni mövsümünə start verib. 

NUHÇIXAN xəbər verir ki, oktyabrın 15-də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin inzibati binasında baş tutan təlimə Naxçıvan Muxtar Respublikasının müxtəlif dövlət qurumlarından 41 əməkdaş qatılıb. Bir ay davam edəcək proqram Dövlət Satınalmaları ilə iş sektorunun baş məsləhətçisi Əli Abbaszadə tərəfindən aparılır. Sessiyalar zamanı iştirakçılar satınalma qanunvericiliyinin əsas prinsipləri, prosedurların mərhələləri, şərtlər toplusunun hazırlanması, qiymətləndirmə meyarları, etiraz və şikayət mexanizmləri barədə ətraflı bilgilər əldə edirlər.

Təlim prosesinə həmçinin praktiki müzakirələr, qrup tapşırıqları və interaktiv məşğələlər də daxildir. Proqramın sonunda keçiriləcək sertifikasiya imtahanında uğur qazanan iştirakçılar “Uğur Sertifikatı” ilə təltif olunacaqlar. Bu təşəbbüsün əsas məqsədi dövlət qurumlarında çalışan əməkdaşların peşəkar potensialını artırmaq, eyni zamanda tender və satınalma proseslərində şəffaflıq, səmərəlilik və hesabatlılığı təmin etməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: