Naxçıvanda su xəttində qəza olub, şəhərə içməli suyun verilişində fasilə yaranacaq

A- A A+

Naxçıvanda su xəttində baş verən qəza səbəbindən şəhərin bəzi ərazilərinə içməli suyun verilişində fasilə yaranacaq.

NUHÇIXAN-ın məlumatına görə, qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 14:00-da Naxçıvan şəhəri Atabəylər, Babək, Z.Əliyeva məhəllələri, H.Aslanov küçəsi, həmçinin Qaraçuq, Qaraxanbəyli, Bulqan və Hacıniyyət kəndlərinə suyun verilişi dayandırılacaq.

Təmir-bərpa işləri gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilişi bərpa ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: