İrandan Azərbaycana 35 kq narkotikin keçirilməsinin qarşısı alınıb

A- A A+

Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bu barədə NUHÇIXAN-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 35 kiloqram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: