“Şərq qapısı” qəzetinin kollektivi sərgi-satış yarmarkası ilə tanış olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan yarmarkada 300-dən çox müəllifin 10 mindən artıq əl işi nümayiş etdirilir.

“Şərq qapısı” qəzetinin kollektivi də sərgi ilə tanış olub, iştirakçılarla söhbət edib və nümayiş olunan sənət nümunələrinə baxıb. Tədbir Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilir və qadınların, eləcə də məhdud fiziki imkanlı şəxslərin istedadlarının üzə çıxarılmasına, sosial fəallıqlarının artırılmasına xidmət edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: