AMEA-nın Naxçıvan Bölməsində “Elm həftəsi” ilə əlaqədar Əlyazmalar Fondunun tədbiri keçirilib.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev xalqın milli-mənəvi sərvəti kimi tarixin həqiqi yaddaş reallığını özündə əks etdirən əlyazmaların qorunub saxlanılması, tədqiqi və təbliğindəƏlyazmalar Fondunun rolundan bəhs edib.
Sonra Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov rəhbərlik etdiyi müəssisənin keçdiyi inkişaf yolu, əldə etdiyi uğurlar və burada mövcud olan əlyazma və qədim çap kitabları haqqında məlumat verib.
Bildirilib ki, 2005-2018-ci illərdə fond əməkdaşlarının 240 əsəri çap olunub.Əməkdaşlar tərəfindən “Hacı Məhəmməd Naxçıvaninin Təbriz Mərkəzi Kitabxanasına hədiyyə etdiyi kitabların kataloqu” və “Fars dilli əlyazmalar və əski çap kitabları kataloqu” işıq üzü görüb.
Tədbirdə Əlyazmalar Fondunun çap məhsullarını əks etdirən sərgi və slayd nümayiş olunub.