Cari ilin 9 ayı ərzində Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən qanunsuz yolla ölkəyə gətirilən mallarla bağlı tədbirlər həyata keçirilib.
DGK-dan NUHÇIXAN-a bildirilib ki, sözügedən müddət ərzində aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 1098,21 litr spirtli içki, 39 milyon 948 min 449 ədəd xaricdə istehsal olunan siqaret, 7 min 491 ədəd elektron siqaret, 1 milyon 57 min 931 ədəd saxta aksiz markaları və məcburi nişanlar, 1360 litrdən çox energetik içki aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.