Qəzənfər Abdullayev Culfa rayon Kırna kənd sakinləri ilə görüşüb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qəzənfər Abdullayev Culfa rayonunun Kırna kəndində sakinlərlə görüş keçirib.

Görüşdə kəndin sosial-iqtisadi vəziyyəti müzakirə olunub, əhalinin gündəlik həyatında qarşılaşdığı çətinliklər və onları narahat edən məsələlər dinlənilib. Sakinlərin irəli sürdükləri təkliflər və qaldırdıqları problemlər diqqətlə qeydə alınıb.

Deputat Qəzənfər Abdullayev qeyd edib ki, səsləndirilən müraciətlər araşdırılacaq və onların həlli istiqamətində aidiyyəti qurumlar qarşısında müvafiq məsələlər qaldırılacaq.

Sonda kənd sakinləri göstərilən diqqət və qayğıya görə deputata təşəkkürlərini bildiriblər, belə görüşlərin mütəmadi olaraq keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: