Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması layihəsi üzrə işlər davam etdirilir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisində yerləşən Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması layihəsi çərçivəsində işlər davam etdirilir.

Layihə üzrə Əlincəçaya düşən hissədə sel sularının qarşısını almaq məqsədilə müvəqqəti suötürən boru kəmərinin çəkilişi yekunlaşmaq üzrədir. Mövcud trapesiya tipli kanalın 800 pm hissəsi sökülərək yenidən qurulmuş və həmin sahədə işlər tam başa çatdırılmışdır.Hazırda düzbucaqlı kanalın birinci hissəsində (Piket 12.60-dan başlayaraq) söküntü və paralel olaraq tikinti işləri həyata keçirilir. Düzbucaqlı kanalın ikinci hissəsində — Bənəniyar gölünə tökülən 500 pm sahədə torpaq işləri başa çatdırılmış, ərazi inşaata hazır vəziyyətə gətirilmişdir.

Bu hissəyə beton maşınlarının və iri texnikaların daxil olması mümkün olmadığından, göl ətrafında relyefi daha az mail olan istiqamətdə 2–3 km məsafədə torpaq yolu genişləndirilərək işlək vəziyyətə salınmışdır. Bütün planlama işləri tamamlanmış, yaxın günlərdə bu ərazidə də tikintiyə başlanılması nəzərdə tutulur. Şüşə lifli boruların quraşdırılacağı dağlıq ərazidə 1 km uzunluğunda, 10–14 metr enində torpaq işləri görülmüşdür. Ümumi layihə çərçivəsində 80-dən çox müxtəlif  qurğunun inşası planlaşdırılır.

Layihənin ümumi icra müddəti 22 ay olaraq müəyyən edilmiş və 2027-ci ilin iyul ayında tam təhvil verilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: