Naxçıvanda fiziki imkanları məhdud şəxslərin əl işlərinin sərgi-satış yarmarkası olub - FOTOLAR

A- A A+

Naxçıvanda "Konstitusiya və Suverenlik İli" çərçivəsində fiziki imkanları məhdud şəxslərin və istedadlı qadınların əl işlərindən ibarət sərgi-satış yarmarkasının bağlanış mərasimi keçirilib.

NUHÇIXAN-ın məlumatına görə, tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, sərgi-satış yarmarkasına böyük maraq göstərilib, yüzlərlə qonaq ziyarət edib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli də sərgini ziyarət edərək öz tövsiyə və tapşırıqlarını verib.

Eyni zamanda, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və digər qonaqlar sərgini ziyarət ediblər.

B.Muradova qeyd edib ki, keçirilən sərgidə ümumilikdə 261 müəllifin 11 min 738 əl işi sərgilənib, 214 müəllifin 15 min 220 manat dəyərində 1 508 əl işi satılıb. Bu da ötən illə müqayisədə 2 min 255 manat dəyərində çox əl işi deməkdir:

"Bu, həm gözəl nəticə və üstünlükdür, həm də məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların ailə büdcəsinə təsir edən mühüm amildir".

Bildirilib ki, gələcəkdə bu kimi tədbirlər daha da təkmilləşdiriləcək və onların cəmiyyət üçün faydalı təsiri davamlı olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: