“İdeyadan biznesə” layihəsinin Naxçıvan Turu keçiriləcək - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,“İdeyadan biznesə” layihəsinin Naxçıvan Turu keçiriləcək. Bununla əlaqədar Naxçıvan Dövlət Universitetində muxtar respublikanın ali təhsil ocaqlarında təhsil alan tələbələrin iştirakı ilə seminar keçirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov muxtar respublika rəhbərliyinin diqqət və qayğısı ilə startap ekosisteminin  inkişaf etdirilməsi və startapın inkişafı üçün universitetdə gənclərə yaradılan şəraitdən danışıb.

Sonra Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov “İdeyadan Biznesə” Startap layihəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, layihə tələbələrin yaradıcı düşünmə, yeni ideyaların ortaya çıxarılması, mövcud məsələlərə fərqli yanaşma üslubu kimi potensiallarının aşkar olunmasında mühüm rol oynayacaqdır.

Tədbirdə slaydlar vasitəsilə “İdeyadan biznesə” layihəsi barədə seminar iştirakçılarına ətraflı məlumat verilib. İştirakçılarının­sualları ətraflı şəkildə  cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.

Qeyd edək ki, layihə Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, həmin nazirliyin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və Yüksək Texnologiyalar Parkının, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, “Regional İnkişaf” İctimai Birliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, “Azercell” və “Microsoft” şirkətlərinin təşkilatçılığı ilə həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: