Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən oktyabrın 20-26-da icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.
ANAMA-dan NUHÇIXAN-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 143, tankəleyhinə 83 mina və 5 min 498 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən həftə ərzində 1644,6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
