Azərbaycanda "Məişət sobaları, plitələr və aspiratorlara ekodizayn tələblərinə dair Texniki reqlament" və "Məişət sobaları və aspiratorların enerji etiketlənməsinə dair Texniki reqlament" layihələri hazırlanıb.
NUHÇIXAN xəbər verir ki, sənəd Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşəbbüsü ilə ərsəyə gətirilib.
İctimai müzakirələr başa çatdıqdan sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.
Yeni texniki reqlament məişət elektrik və qaz sobalarına (o cümlədən bişiricilərdəki sobalara), məişət qaz plitələrinə, eləcə də məişət elektrik aspiratorlarına (qeyri-məişət məqsədli istifadə üçün bazara çıxarılan aspiratorlar da daxil olmaqla) şamil olunur.
