Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 3-də Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə NUHÇIXAN-a Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, qəbul saat 11:00-da Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında (Ordubad şəhəri, Heydər Əliyev pr., 21) keçiriləcək.
