Sağlamlıq imkanları məhdud şəxslərlə görüşlər keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Nazirliyin təşkilatçılığı ilə Naxçıvan şəhərində, muxtar respublikanın rayon mərkəzlərində sağlamlıq imkanları məhdud şəxslərlə görüşlər keçirilib. Novruz bayramı münasibətilə keçiriləntədbirlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və müvafiq rayonların icra hakimiyyətlərinin nümayəndələri məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışıblar.

Hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən tədbirlərdə iştirak edə bilməyən şəxslərə evlərində baş çəkilib. Onlara bayram sovqatı və sağlamlıq imkanları məhdud şəxslər tərəfindən hazırlanan, Novruz bayramının əsas rəmzi  olan səmənilər verilib.

Bayram tədbirlərində, ümumilik­də, məhdud fiziki imkanlı 1000 şəxsə sovqatlar təqdim edilib.
Həmçinin, Culfa  rayonunda keçirilən tədbirdə iştirakçılar qarşısında konsert proqramı təşkil olunub. Tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: