Məhkəmə-Hüquq Şurası ilə Qazaxıstanın Ali Məhkəmə Şurası arasında Anlaşma Memorandumu imzalanıb - FOTOLAR

A- A A+

Oktyabrın 29-da ölkəmizdə səfərdə olan Qazaxıstanın Ali Məhkəmə Şurasının sədri Dmitriy Malaxovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Ali Məhkəməsində olub.

Bu barədə NUHÇIXAN-a Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemində uğurla inkişaf etdiyini vurğulayıb.

Qonaqlara ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, bu sahədə tətbiq edilən yeniliklər və Ali Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, iki ölkə arasında məhkəmə sahəsində əlaqələrin daha da dərinləşdirilməsi, birgə seminar və təlimlərin təşkili, eləcə də təcrübə mübadiləsi proqramlarının həyata keçirilməsi gələcək əməkdaşlığın inkişafına mühüm töhfə verir.

Qazaxıstan Ali Məhkəmə Şurasının sədri Dmitriy Malaxov səmimi qəbula görə təşəkkür edərək, Azərbaycanla hüquq və ədalət sahəsində əməkdaşlığın gücləndirilməsinin hər iki ölkənin məhkəmə sistemlərinin təkmilləşdirilməsinə xidmət edəcəyini bildirib.

Görüş çərçivəsində ədalət mühakiməsinin təkmilləşdirilməsi, iki dövlətin məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi və əlaqələrin dərinləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası ilə Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: