Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olanların sosial dəstəklə əhatə olunması işlərinin bir istiqaməti də onların reabilitasiya vasitələri ilə təmin olunmasıdır. Möhtəşəm Zəfərlə başa çatan Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan 2371 şəxsə 82 min reabilitasiya vasitəsi verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, müharibədə əzalarını itirmiş 494 hərbçi 612 yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilib. Aktivlik və funksionallığı ilə seçilən həmin protezlər vasitəsilə onlar aktiv həyata dönüş imkanı əldə ediblər.
Eyni zamanda, həmin şəxslərin yüksək texnologiyalı xüsusi idman protezləri ilə də təminatı da həyata keçirilib və bunun nəticəsində onlar idman oyunlarında daha sərbəst və rahat hərəkətlər edə bilirlər.
