Son iki gündə 90 cinayətin açılması təmin edilib

A- A A+

Noyabrın 1-də və 2-də ölkə ərazisində qeydə alınan 75, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 26 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 7,1 kiloqramdan artıq narkotik vasitə və 87 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar olunaraq götürülüb.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 7 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 4 tüfəng, 10 mərmi və 7 ədəd patron aşkar edərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər də saxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: