Ramin Məmmədov Ordubadda vətəndaşları qəbul edib - FOTOLAR

A- A A+

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ordubad rayonunda vətəndaşları qəbul edib.

NUHÇIXAN xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.

Qəbul zamanı Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşlar dini icmanın kitablarla təmin edilməsi, dini maarifləndirmə işinin genişləndirilməsi, məscid təmiri, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: