Naxçıvanın tibb müəssisələrində e-səhiyyə sistemi qurulur - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasında səhiyyə sisteminin rəqəmsallaşdırılması sürətlə davam etdirilir.

Muxtar respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, bununla bağlı növbəti addım kimi tibb müəssisələrində e-səhiyyə sisteminin qurulmasına start verilib. Aparılan işlər çərçivəsində bu gün Səhiyyə Nazirliyində Nümunəvi Tibbi İnformasiya Sistemi (NTİS) – səhiyyə müəssisələrində tibbi və inzibati proseslərin rəqəmsallaşdırılması və avtomatlaşdırılması üçün yaradılmış elektron idarəetmə platformasının nümayəndələri ilə səhiyyə naziri Samiq Sadıxov arasında görüş keçirilib.

Görüşdə muxtar respublikanın səhiyyə müəssisələrində NTİS-nin tətbiqi istiqamətində görüləcək işlər, proqramın funksional imkanları və səhiyyə xidmətlərinin keyfiyyətinə verəcəyi töhfələr barədə geniş müzakirələr aparılıb.

Qeyd olunub ki, proqramın istifadəsi tibbi məlumatların mərkəzləşdirilmiş şəkildə idarə olunmasına, xəstə məlumatlarının təhlükəsiz saxlanmasına və xidmət prosesinin avtomatlaşdırılmasına şərait yaradacaq.

Nazir Samiq Sadıxov bildirib ki, Nümunəvi Tibbi İnformasiya Sisteminin tətbiqi səhiyyə müəssisələrində idarəetmənin səmərəliliyini artıracaq, pasiyent məlumatlarının operativ mübadiləsinə, eləcə də həkim və tibb personalının iş prosesinin optimallaşdırılmasına xidmət edəcək.

Bildirilib ki, proqramın tətbiqi mərhələli şəkildə həyata keçiriləcək. Bu məqsədlə tibb işçiləri üçün sistemdən istifadə qaydaları və onun imkanlarının praktiki mənimsənilməsi istiqamətində təlimlər keçiriləcək.

Görüşdə, həmçinin qarşılıqlı əməkdaşlığın gələcək istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: