AQTA sahibkarlıq subyektlərinə xəbərdarlıq edib

A- A A+

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida obyektlərində Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) sisteminin tətbiqi ilə bağlı sahibkarlıq subyektlərinə xəbərdarlıq edib.

Bu barədə NUHÇIXAN-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan sahibkarlıq subyektləri öz qida obyektlərində, həmçinin qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməlidirlər.

Qanuna əsasən, göstərilən tələblər iri sahibkarlıq subyektlərində 2024-cü il iyunun 30-u, orta və kiçik sahibkarlıq subyektləri üçün 2026-cı il iyunun 30-dan qüvvəyə minir. Belə ki, artıq 2024-cü il iyunun 30-dan etibarən agentlik tərəfindən iri sahibkarlıq subyektlərində aparılan nəzarət tədbirləri zamanı HACCP sisteminin tətbiqi vəziyyəti yoxlanılır və tətbiq olunmayan müəssisələrdə qanunvericilik çərçivəsində zəruri tədbirlər görülür. “Orta və kiçik sahibkarlıq subyektlərinin diqqətinə çatdırırıq ki, müəssisələrdə HACCP sisteminin tətbiqi mütləqdir. AQTA tərəfindən aparılan nəzarət tədbirləri zamanı HACCP sisteminin tətbiqi vəziyyəti yoxlanılacaq və aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar qanunvericilik çərçivəsində zəruri tədbirlər görüləcək. Qeyd edək ki, sistemin tətbiqi qida obyektlərində təhlükəsiz qida istehsalına və emalına zəmanət verir, həmçinin istehlakçıların sağlamlığına təhlükə yarada biləcək səbəbləri müəyyənləşdirməklə, istehsal və xidmət mərhələlərində bu səbəblərin aradan qaldırılmasını təmin edir”, - deyə məlumatda vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: