Hərbi prokuror: Azərbaycan əsgərinin igidliyi, dövlətə və xalqa sədaqəti Zəfər tariximizin qızıl səhifələrinə yazıldı

A- A A+

Zəngilanın azad edilməsi ilə Qarabağ Zəfərinin hərbi-siyasi mənzərəsi tamamlandı. Bu gün bu torpaqda dalğalanan üçrəngli bayraq dövlətimizin suverenliyinin, xalqımızın birliyinin və igid oğullarımızın qanı ilə yazılmış Qələbənin rəmzidir.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Azərbaycanın Hərbi prokuroru Bəhruz Əhmədov Zəngilanda keçirilən "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda deyib.

"Bu Qələbənin əsas dayağı əlbəttə ki, Azərbaycan Ordusudur. Ordumuzun mərdliyi, rəşadəti, fədakarlığı və Vətən sevgisi qarşısında dərin ehtiramla baş əyirik. Əsgərdən zabitədək hər bir döyüşçü öz qanı və canı ilə bu torpaqların azadlığı və ərazilərimizin bütövlüyü uğrunda misilsiz qəhrəmanlıq göstərdi. Onların igidliyi, andına sadiqliyi, dövlətə və xalqa sədaqəti Zəfər tariximizin qızıl səhifələrinə yazıldı. Azərbaycan əsgəri döyüş meydanında təkcə silahla deyil, əzmlə, imanla, Vətən sevgisi ilə vuruşdu. Vətən uğrunda can verərkən xalqına qürur, gələcək nəsillərə isə bütöv Azərbaycan miras qoydu".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: