Bayram yarmarkası davam edir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda  martın 16-dan  təşkil olunan bayram yarmarkası davam edir.

Bayram  yarmarkasına  muxtar respublikamızın özəl müəssisələrində istehsal olunmuş sənaye və ərzaq malları, ayrı-ayrı rayonlardan gətirilmiş kənd təsərrüfatı məhsulları çıxarılıb.

Yarmarkada əsasən yerli meyvə və tərəvəz məhsulları, muxtar respublikada istehsal edilən keyfiyyətli şirniyyatlar, müxtəlif meyvə quruları, balıq və süd məhsulları da çıxarılıb. Bayram bazarlığına gələn şəhər sakinləri qiymətlərdən, satılan məhsulların keyfiyyətindən və çeşidindən razıdırlar.

 Bayram yarmarkasına bu dəfə 57 təsərrüfat subyekti tərəfindən 109 adda, 321 çeşiddə məhsul çıxarılıb və məhsullar bazar qiymətlərindən 15-20 faiz ucuz satılır.

 Qeyd edək ki, martın 16-dan başlanan yarmarka martın 24-dək davam edəcək

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: