Azərbaycan Respublikasının Prezidenti Ali Məclisin deputatını təltif edib

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” Sərəncamına uyğun olaraq Azərbaycan elminin inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilib.

 “Tərəqqi” medalı ilə təltif olunanlar sırasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Sosial siyasət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Əliyeva Nuray Yadigar qızı da var. 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Aparatı adından Nuray Əliyevanı təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: